WTA-nın reytinqi: Osaka liderliyə yüksəldi, Andreesku 13 pillə irəlilədi

WTA-nın reytinqi: Osaka liderliyə yüksəldi, Andreesku 13 pillə irəlilədi

WTA-nın yeni reytinq cədvəli açıqlanıb.

Torontoda keçrilən "Premier" seriyalı "Rogers Cup" turnirinin nəticələrinə əsasən, 1/4 finala qədər irəliləyən Naomi Osaka Əşli Bartini geridə qoyaraq yenidən birinciliyə yüksəlib. Finalçı Serena Vilyams 10-cu pilləni 8-ə dəyişib.

Yarımfinalçılar - Sofiya Kenin və Mari Buzkova müvafiq olaraq 22-ci və 53-cü sıraya yüksəliblər. Turnirin qalibi Bianka Andreesku isə 13 pillə irəliləyərək 14-cü olub.

WTA-nın reytinq cədvəli

12 avqust, 2019

1 (2). Naomi OSaka (Yaponiya) - 6417 xal
2 (1). Əşli Barti (Avstraliya) - 6256
3 (3). Karolina Plişkova (Çexiya) - 6185
4 (4). Simona Halep (Rumıniya) - 5223
5 (5). Kiki Bertens (Hollandiya) - 5120
6 (6). Petra Kvitova (Çexiya) - 4780
7 (7). Elina Svitolina (Ukrayna) - 4577
8 (10). Serena Vilyams (ABŞ) - 3995
9 (9). Arina Sobolenko (Belarus) - 3565
10 (8). Sloun Stivens (ABŞ) - 3189
---
14 (27). Bianka Andreesku (Kanada) - 2837
22 (29). Sofiya Kenin (ABŞ) - 2140
53 (91). Mari Buzkova (Çexiya) - 1035


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR