WTA sıralaması: Halep top-5-ə qayıtdı, Kerber 5 pillə geriləyib

WTA sıralaması: Halep top-5-ə qayıtdı, Kerber 5 pillə geriləyib

"Vimbldon"un yekunlarına əsasən, WTA-nın reytinq cədvəli yenilənib.

"İlk onluq"da beş dəyişiklik baş verib. "Vimbldon"un qalibi Simona Halep üç pillə irəliləyərək 4-cü olub. Kiki Bertens bir sıra geriləyib. Holland raketka ustası 5-cidi. Elina Svitolina (7), Sloun Stivens (8), Serena Vilyams (9) və Arina Sobolenko (10) isə göstəricilərini bir pillə yaxşılaşdırıblar.

Turnirin ötənilki qalibi Anjelik Kerber 13-cü sıranı 8-ə dəyişib. Bu il "Vimbldon"da fərdlərin mübarizəsində yarımfinal oynayan Barbora Strıçova isə 22 pillə irəliləyərək 32-ci olub.

WTA-nın 15 iyula olan reytinq cədvəli

1 (1). Əşli Barti (Avstraliya) - 6605 xal
2 (2). Naomi Osaka (Yaponiya) - 6257
3 (3). Karolina Plişkova (Çexiya) - 6055
4 (7). Simona Halep (Rumıniya) - 5933
5 (4). Kiki Bertens (Hollandiya) - 5130
6 (6). Petra Kvitova (Çexiya) - 4785
7 (8). Elina Svitolina (Ukrayna) - 4638
8 (9). Sloun Stivens (ABŞ) - 3802
9 (10). Serena Vilyams (ABŞ) - 3411
10 (11). Arina Sobolenko (Belarus) - 3365
---
13 (8). Anjelik Kerber (Almaniya) - 2875
32 (54). Barbora Strıçova (Çexiya) - 1750

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR