Xabi Alonsonun da profili oğurlandı - FOTO

Xabi Alonsonun da profili oğurlandı - FOTO
Son vaxtlar idmançıların sosial şəbəkədəki profillərinə dadanan xakerlərin növbəti qurbanı Xabi Alonso olub. 
 
Sport7.az xəbər verir ki,  sonuncu dəfə "Bavariya"Nın formasını geyən və hazırda karyerasını bitirmiş olan ispan futbolçunun "İnstaqram" hesabı oğurlanıb.
 
Bir türk xaker qrupu 36 yaşlı veteran futbolçunun hesabını ələ keçirərərk paylaşımlar edib. "Fənərbaxça"nın şəkilləri olan paylaşımlar edən qrup "Real"da karyeramı bitirib "Fənərbaxça"ya gəlməyə qərar verdim. Çünki Afrindəki Türk əsgərlərini dəstəkləmək istəyirəm" ifadələrini işlədib.  
 
Daha sonra öz adlarını ifşa edən qrup bununla bağlı daha 2 paylaşım edib. "İnstaqram"da 4,1 milyon izləyicisi olan Xabinin hesabından yazılan bu mesajlar dəqiqələr içində minlərlə istifadəçi tərəfindən oxunub.
 
  
Sport7.az

Xəbər lenti