Xaç işarəsinə görə klubundan ayrıldı

Xaç işarəsinə görə klubundan ayrıldı
Alban əsilli futbolçu Florent Osmani bu ay transfer olduğu Makedoniya təmsilçisi "Skopye"dən ayrılıb.

Sport7.az xəbər verir ki, bunun səbəbi klubun loqosunda xaç işarəsinin olmasıdı. Yaşananları "AA" nəşrinin müxbirinə anladan 29 yaşlı müsəlman futbolçu təxminən 20 gün əvvəl klub prezidentinin onu aradığını və transfer məsələsinin həll edildiyini bildirib. 

Müsəlman olduğu və inancı səbəbindən hər zaman klub loqosundakı xaçın üzərini hər zaman örtdüyünü bildirən futbolçu "Onlar da bunu bilirdilər. Çünki ilk dəfə deyil. Amma məşqlər başlayandan bəri mənə fərqli gözlə baxmağa başladılar. Bunun səbəbini bilmirəm" ifadələrini işlədib.  

Bu il yüksək dəstəyə vəsiqə qazanan və komandanın gücləndirilməsi məqsədilə transfer edildiyini söpyləyən Osmani 3 gün əvvəl rəhbərliyin onunla xaç məsələsi haqda danışdığını söylədi. Məşqlərdə gözardı edildiyini söyləyən futbolçu "Loqonun üzərinin bağlanılmamasının vacibliyini və komandada oynamaq istəyirsənsə onun üzərinin açıq qalmasının şərt olduğunu söylədilər. Mən də öz səbəblərimi söylədim. İnancı biri olduğumu və dinimim xaç daşımağa izn vermədiyini anlatdım. Lazım olarsa klubdn ayrılacağımı, amma formanı o şəkildə geyməyəcəyimi bildirdim" sözlərini deyib.

Albaniyalı hücumçu "Skopye"dən öncə Kosovada "Liria", Makedoniyada "Şkupi" və Türkiyədə "Bingölspor"da oynayıb.

Sport7.az

Xəbər lenti