"Xalq komandası"nın stadionunda bomba həyacanı

Bu gün səhər naməlum şəxs "Spartak" Moskvanın ev oyunlarını keçirdiyi arenaya zəng vuraraq ora bomba qoyulduğunu deyib.

Sport7.az
xəbər verir ki, dərhal həyacan siqnalıyla stadiona yanğınsöndürənlər və xilasedicilər gəlib. Stadionda çalışanlar ordan evakuasiya olunublar.

Axtarış nəticəsində arenada heç bir partlayıcı qurğu tapılmayıb. Bu gün axşam keçirilməsi nəzərdə tutulan "Spartak" - "Arsenal" qarşılaşması öz vaxtındə elə həmin stadionda baş tutacaq.

Artıq həyacana səbəb olan zəngin müəllifi tutulub.

Sport7.az

Xəbər lenti