Xanım futbolçu:

Xanım futbolçu: "Bizi futboldan iyrəndirdilər" (FOTOLAR)

Futbolsevər xanımlarla müsahibələrə davam...

Bugünkü həmsöhbətim qadınlardan ibarət millimizin keçmiş futbolçusu Mətanət Cəfərovadır. O, saytımıza müsahibəsində həm özü, həm də futbolla bağlı fikirlərindən bəhs edib.

- Əvvəlcə sizi yaxından tanıyaq...
- Cəfərova Mətanət. 19.01.1986-cı ildə anadan olmuşam. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. 
 


- Necə oldu ki, futbolçu olmağa qərar verdiniz?
- Məni orta məktəbdə oxuyarkən direktor futbola yazdırıb. "Gömrükçü" qadın futbol klubunda başlamışam. Peşəkar karyeram isə 2003-cü ildə başlayıb. Həmin vaxtda milli komandaya dəvət almışam. 

- Futbolçu olmağınıza ailənizin reaksiyası necə oldu?
- Mən futboldan əvvəl də idmanla məşğul olduğuma görə ailəmin reaksiyası pis olmadı.

- Bu futbol sevgisi neden sonra yarandı? Hansısa komanda və ya futbolçuya simpatiyaya görə?
- Futbolu kiməsə görə yox, sadəcə özüm çox sevirdim. Uşaqlıqdan sevdiyim klub isə "Qalatasaray" olub. 
 


- Hansı mövqedə oynamısınız?
- Sol müdafiəçi. 

- Karyeranız ərzində hansı komandaların şərəfini qorumusunuz?
- Qeyd etdiyim kimi, "Gömrükçü"də başlamışam. Daha sonra "Neftçi" və "Star Şamaxı" kimi komandalarda oynamışam. 

- Azərbaycanın qadın futbolu həmin dövrlərdə çox ağır yenilgilər alırdı. Millimiz də, ölkə xaricində çıxış edən komandalarımızda... Bu işin içində olan biri olaraq həmin vaxtda komandalarda olan problemin kökünü nədə görürsünüz?
- Problem bizdə deyildi. Başqa oturanlar özləri gətirdilər. Legionerlərə verilən pulları öz qızlarımıza versəydilər, onlardan da yaxşı oynayardıq. Mən oynadığım klubda çox legionerlər olmurdu. Amma millidə çıxış etdiyim vaxtlarda 12 legioner və cəmi 6 azərbaycanlı vardı. 2009-cü ildən sonra olmayıb, daha öz qızlarımız oynayırdı.
 
 
- Bir çox qızlar futboldan inciyib gedib. Bəs siz niyə futbolu buraxdınız?
- Çox haqsızlıq etdilər. Haqqımızı yedilər. Futbolu çox sevirəm, amma bəziləri bizi futboldan iyrəndirdilər. 
 
- Siz nə vaxt karyeranızı bitirdiniz?
- 2009-cu ildən müəllimə işləyirəm. Futboldan bir şey çıxmayacağını anladım və 2011-ci ildən sonra futbolla bir də maraqlanmadım. 20015-16-cı illərdə yenidən klublara dəvət etdilər, ancaq getmədim. 

- Həmin sənə qarşı haqsızlıq edən şəxslərə görə, yoxsa başqa səbəblərdən?
- Başqa səbəb yoxdu. Futbolda olan haqsızlığıa görə gəlmək istəmirəm. Mn futboldan birdəfəlik getdim, geri qayıtmaram. Nə məşqçi, nə oyunçu, nə də hakim kimi. 

Röya Kərimli
Sport7.az
 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR