Xanım hakimdən yeni etiraz: “Elçin kimilərə görə kişilik hörmətdən düşür”

Xanım hakimdən yeni etiraz: “Elçin kimilərə görə kişilik hörmətdən düşür”

Ötən yazılarımızın birində xanım FİFA referisi Xəyalə Əzizzadənin başına gələnlər barədə sizi məlumatlandırmışdıq.

Sport7.azxəbər verir ki, Prezident Adminstrasiyasına müraciət edən FİFA referisinin problemləri hələ də həllini tapmayıb.

Bu barədə Əzizzadə özü "Futbol+” qəzetinin əməkdaşı ilə söhbətində bildirib. Xanım referinin fikirlərini kiçik ixtisarla sizə təqdim edirik:

"Elxan Məmmədovla görüşdükdən sonra qarşı tərəfdən səs-soraq çıxmadı. Buna görə də Hakimlər Komitəsinə e-maillə müraciət etdim. Cavabları o oldu ki, məsələni ictimailəşdirdiyinizə görə sizinlə yollarımızı ayırırıq. Belə biabırçılıq olar? Harda görülüb ki, haqqını tələb edən insana qarşı belə davransınlar?

İnanmıram ki, Stuxlik belə bir addım atsın. Böyük etimalla onun beynini dolduran Elçin Məmmədovdu. Məmmədov hansısa səbəbdən mənimlə prinsip aparır. Ola bilsin, onun haqqında səsləndirdiyim fikirlərim xoşuna gəlməyib. O çox kinli adamdı. Elçin avstriyalını da təsir altına salmağı bacarıb. Görün son günlər neçə nəfər fiziki testi verə bilməmək bəhanəsiylə kənarda qalıb. Bütün bunlar onun işidi. Mövsümün sonuna yaxın 12 ədalət təmsilçisinin – aralarında FİFA referisi də var – cəzalandırılması nə deməkdi?

Məmmədovun əlinə yaxşı fürsət düşüb. Vaxtilə kiminlə problemi vardısa, indi onları bir-bir sıradan çıxarır. Sözün əsl mənasında kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz. Onun kimilərə görə kişilik də hörmətdən düşür.  Mən həmişə sözlərimin arxasındayam. Daha bəziləri kimi yox.

Haqsızlıq edənlərlə mübarizəmi sona qədər davam etdirəcəm. Yenidən ölkə başçısına və Mehriban xanın Əliyevaya müraciət etmişəm. Artıq məktubuma cavab da gəlib. Qarşıdakı günlərdə qəbulda olacam. Mən İlham Əliyevdən ədalətin bərpa olunmasını xahiş etmişəm. Bunlar isə məni prezidentə müraciət etdiyimə görə cəzalandırırlar”.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR