Xorvatiya prezidenti: "Yağışın fərqində deyildim"

Xorvatiya prezidenti:
Bildiyiniz kimi, DÇ-2018-in final gecəsində mükafatlandırma mərasimi zamanı güclü yağış yağıb. 

Sport7.az xəbər verir ki, bununla bağlı danışan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç yağışa fikir vermədiyini bildirib. 

"Yağış kəsməyincə, mən heç yağdığının fərqində deyildim. Saçımın və özümün necə görsəndiyim o an fikrimdə deyildi. Mən ancaq oyunçular barədə düşünürdüm. 

Luka Modriçin ən yaxşı oyunçu mükafatı ilə mənə yaxınlaşanda, onun gözlərində əsas mükafatı qazanmaq istəyini gördüm. Ona və komandaya görə ağlamadan qala bilmədim", deyə ölkə prezidenti "Kommersant"a açıqlamasında bildirib. 

Qeyd edək ki, DÇ-2018-in finalında Xorvatiya Fransaya 2:4 hesabı ilə uduzub. 
 
Sport7.az

Xəbər lenti