Xanlar Qurbanovun ölüm səbəbi açıqlandı

Xanlar Qurbanovun ölüm səbəbi açıqlandı

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanovun koronavirusdan öldüyü açıqlanıb. 

Sport7.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəsmi "Facebook” hesabında məlumat yerləşdirilib. 

Qeyd edilib ki, Xanlar Qurbanov eyni zamanda Akademiyanın "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri olub.

Qeyd edək ki, Xanlar Qurbanov 70 yaşında dünyasını dəyişib. Mərhum SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR