Xaqani Məmmədov: "Fariz Yusifovla bağlı tədbir planlaşdırmışıq"

Xaqani Məmmədov:
Azərbaycanın tanınmış hakimlərindən olan Fariz Yusifov hakimlikdən getdiyini açıqlayıb. İşlərinin çoxluğu ilə əlaqədar belə qərara gələn referinin sakitcə kənara çəkilməsi qəribə görünür. Hər halda ölkəmizin tanınmış hakimlərindəndi və Azərbaycanı Avropada da layiqincə təmsil edib. 
 
Maraqlıdı bəs onun üçün vida matçı keçiriləcəkmi? Ümumiyyətlə, Yusifovun təntənəli şəkildə yola salınması nəzərdə tutulurmu?
 
Bu suala Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan cavab aldıq. Xaqani bəy Sport7.az-a açıqlamasında bunları söylədi?
 
"Fariz Yusifovla bağlı hələ tam qərar verilməyib, amma çox güman ki, hakimlikdən getdi. Vida matçı? Bununla bağlı bir şey fikirləşəcəyik. Hələ çempionatın qızğın vaxtıdı. Nəsə olacaq. İstənilən halda tədbir planlaşdırırıq".
 
Sport7.az

Xəbər lenti