Xaqani Məmmədov:

Xaqani Məmmədov: "Neftçi" ilə "Qarabağ" qrupda oynamağa borcludu"

Azərbaycanın veteran futbolçularından olan Xaqani Məmmədov klublarımızın avrokuboklardakı şanslarını dəyərləndirib.

Mütəxəssis Sport7.az-a açıqlamasında bunları söyləyib: "Klublarımızdan uğurlu nəticələr gözləyirik. İnkişafdan danışırıqsa, bu mərhələlər keçilməli, qruplara düşülməlidi. Fikrimcə uğurlu olmalıdı. "Neftçi"nin 100 faizlik şansı var. Qrupa düşmək yox, ən azı iki mərhələ keçəcəyinə inanıram. O da baxır hansı rəqiblər düşəcək. O cümlədən digər klublarımızın da şansı var. Düzdü "Qəbələ"də dəyişikliklər oldu. Komandadan bəzi futbolçular getdi. Deyərdim ki, "Qəbələ" tam gənc heyətlə oynayacaq. Amma, bu cavanlar, digər klublarda təcrübə görüblər. Fikrimcə ilk oyunda onlar maneə ilə qarşılaşmayacaq".

Xaqani bəy "Neftçi" ilə "Qarabağ"ın qrupda oynamaq üçün borclu olduqlarını düşünür: "Əlbəttə, "Neftçi" ilə "Qarabağ" qrupda oynamağa borcludu. Qarşılaşacaqları rəqiblər də onlara artıq problem yaratmamalıdı".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR