Xaqani Məmmədovu kim əvəz etdi? - Yeni sədri tanıyaq

Xaqani Məmmədovu kim əvəz etdi? - Yeni sədri tanıyaq
Bildiyiniz kimi, AFFA Hakimlər və Hakim-İnspektorlar Komitələrinin birləşdirilib və quruma avstriyalı Fritz Stuxlik sədr təyin olunub.
 
Sport7.az mütəxəssis haqda maraqlı məlumatları diqqətinizə çatdırır:

Adı: Fritz
Soyadı: Stuchlik
Təvəllüdü: 11 fevral 1966-cı il
Anadan olduğu yer: Vyana (Avstriya)
Hakimlik karyerasına 1982-ci ildə başlayıb.
1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub.
1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib.
Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib.
Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub.
2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur.
UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır.
O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb.
Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.
  
Qeyd edək ki, buna qədər Hakimlər Komitəsinə Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinə isə Əli Hüseynov rəhbərlik edirdi.
 
Sport7.az

Xəbər lenti