Xavi

Xavi "Barselona"nın təklifini qəbul etməməsinin səbəbini açıqladı

"Əl-Sədd"in baş məşqçisi Xavi "Barselona"dan təklif aldığını təsdiqləyib:

"Erik Abidal və Oskar Qrau (icraçı direktor - Sport7.az) vasitəsilə "Barselona"dan təklif almışdım, amma qəbul etmədim. Düşünürəm ki, məşqçilik karyeram üçün erkən addım olardı. Amma mən hələ də "Barselona"nın baş məşqçisi olmağın xəyalını qururam.

İlk növbədə təklif barədə ailəmlə, daha sonra "Əl-Sədd"dəki oyunçularımla danışdım. Onlar hər şeydən xəbərdar idilər. Bu üç gün ərzində özümü heç də yaxşı hiss etmirdim, amma indi bütünlüklə diqqətimi "Əl-Sədd"ə yönəltmişəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR