Xavi futbolla vidalaşdı (FOTOLAR)

Xavi futbolla vidalaşdı (FOTOLAR)

"Barselona" və İspaniya millisinin sabiq üzvü Xavi futbolla vidalaşıb.

O, "Əl-Sədd"in Asiya Çempionlar Liqasında "Persepolis"lə oynadığı matçda sonuncu dəfə meydana çıxıb.

Xavinin yeni mövsümdən etibarən "Əl-Sədd"i çalışdıracağı gözlənilir.

39 yaşlı futbolçu karyerasının böyük hissəsini "Barselona"da (767 matç) keçirib. Həmçinin o, 2000-2014-cü illər aralığında İspaniya yığmasının formasını 133 dəfə tərlədib.

Xavi 8 dəfə La Liqanın, 3 dəfə Kral Kubokunun, 6 dəfə İspaniya Superkubokunun qalibi olub. Həmçinin katalon oyunçunun kolleksiyasında Çempionlar Liqası (4), UEFA Superkuboku (2) və Klublarası Dünya Çempionatının (2) titullarına da rast gəlmək mümkündü.

Xavi İspaniya millisinin heyətində 1 dəfə (2010) dünya, 2 dəfə (2008, 2012) isə Avropa çempionu olub.
 





Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR