İspaniya yığmasının və "Barselona"nın veteran futbolçusu Xavi Ernandes baş məşqçi kimi növbəti tituluna sahib çıxıb.
Sport7.az xəbər verir ki, "Əl-Sədd”in çalışdırıcısı komandasına bu dəfə Qətər Kubokunu qazandırıb. Finalda "Əl-Duhail” üzərində 2:0 hesablı qələbə qazanan komanda kuboku muzeyinə aparıb. İkinci dəfə ölkə kubokuna yiyələnən 41 yaşlı Xavi məşqçi karyerasında 5-ci titulunu qazanıb. O, "Əl-Sədd”ə həmçinin Şeyx Yassim Kubokunu, Qətər Ulduz Kubokunu və Qətər Əmir Kubokunu qazandırıb.
Ernandes 2019-cu ilin mayından "Əl-Sədd”ə başçılıq edir.
Sport7.az