Xedira saçlarına görə "FİFA 18"i tənqid etdi - FOTO

Xedira saçlarına görə
"Yuventus"un alman futbolçusu Sami Xedira kompyuter oyunu olan "FİFA 18"də saçının uzun olmasını tənqid edib.

Sport7.az xəbər verir ki, Xedira "tvitter" hesabında "Hey, @EASPORTSFIFA, uzun saçlarımı sevməyiniz məni şad etdi. Amma hardasa iki ildi saçlarım qısadı" sözlərini yazıb. 

Onun izləyiciləri isə şərhin altında maraqlı sözlər yazıb. Onlardan biri "PES-ə keç qardaşım" yazdığı halda, bir başqası "Daim zədəli olduğundan qısa saçlı halını görməyiblər" ifadələrini işlədib. 

Xedira bu mövsüm 26 avqustda "Cenoa" ilə oyundan bəri dizindəki zədəsi üzündən meydana çıxmır.
 
 

Sport7.az

Xəbər lenti