"Xəmsə" bəyanat yaydı

"Kəpəz" ən fəal fanklublarından olan "Xəmsə" bəyanat yayıb.
 
Sport7.az xəbər verir ki, azarkeş qrupu "Kəpəz"i 20 yanvar şəhidlərinə laqeydlikdə qınayaraq etirazlarını bildirib. Buna səbəb komandanın "Turan Tovuz"la matçda qollarına qara sarğı bağlamaması və 1 dəqiqəlik sükutla şəhidlərin xatirələrinin yad edilməməsi olub.
 
Bəyanatı nəzərinizə çatdırırıq: "Qarşısına növbəti mövsümdə Premyer Liqada çıxış etmək qoyulan , hətta belə desək artıq özünü orda hiss edən "Kəpəz"də yenə "it yiyəsini tanımır". Bu gün Gəncə şəhər stadionunun yeni salınmış meydançasında "Kəpəz" "Turan"la bərabərə qalıb. Oyundan əvvəl diqqətimizi cəlb edən məqam, ölkəmizin müstəqilliyə atdığı ilk addım sayıla biləcək ən əsas hadisələrdən biri olan "20 Yanvar" hadisələrinin 30-cu ildönümü nə 1 dəqiqəlik sükutla , nə komandaların qara sarğıyla çıxmamağı oldu . Hərçənd ki , öncəki illərdə komanda Türkiyədə təlim-məşq toplanışı keçən vaxtı "20 yanvar" xatirəsi məşqdən öncə yad edilmişdir. Hal - hazırda komandada tək söz sahibi olan Yaşar Vahabzadədən bu haqda açıqlama verməsini istəyirik.
Dövlətimizin qurulduğu Gəncə şəhərində Azərbaycan adı uğrunda vuruşmuş və həyatlarını qurban vermiş insanlara laqeyd yanaşmanı yolverilməz hesab edirik!!!
Hörmətli rəhbərlik, düşünməyin ki, Premyer Liqaya qayıtmaqla kimlərisə "ala" biləcəksiniz! Sözün düzünü üzünüzə deyə bilənlər həmişə olacaq"
 
Dünən baş tutan "qərb derbisi"ndə təkcə "Kəpəz" deyil, elə "Turan Tovuz" da meydana qara sarğıda çıxmağı lazım bilməmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR