"Xəzər Lənkəran" Azərbaycan futbolundan birdəfəlik çəkilir? - Açıqlama

Bu gün ölkə mətbuatında "Xəzər Lənkəran" rəhbərliyinin klubun fəaliyyətini tam dayandırmağı planlaşdırdığı ilə bağlı xəbərlər yayılıb. 

Məsələni dəqiqləşdirmək üçün "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. 

Klub rəsmisi Sport7.az-ın sorğusuna cavab olaraq bildirdi ki, hazırda bununla bağlı ətraflı məlumat yoxdur: "Dəqiq bir şey deyə bilmərəm. İndi ən vacib məsələ günahsız yerə həbsdə olan Mübariz bəyin azad olunması yönündə görülən işlərdir. Akademiya və digər məsələlər müzakirə olunmur".

Qeyd edək ki, "Xəzər Lənkəran"ın əsas komandası 2016-cı ildə fəaliyyətini dayandırsa da, akademiyanın 3 yaş qrupu ölkə çempionatında çıxışlarını davam etdirib. Amma ötən müddətdə də AFFA ilə ixtilaflar bitməyib.
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR