"Xəzər Lənkəran" daha bir futbolçunu PFL-ə sifariş etdi

Premyer Liqanın 12-ci turu çərçivəsində "İnter”ə qarşı baş tutacaq oyundan öncə "Xəzər Lənkəran”ın Peşəkar Futbol Liqasına təqdim etdiyi sifariş vərəqəsinə daha 1 futbolçunun adı əlavə olunub. Bu, xorvat qapıçı Vyakeslav Tomiçdir. Yenidən Lənkəran klubunun düşərgəsinə qayıdan xorvat futbolçunun adı artıq sifariş olunub. Onun lisenziyası da hazırdır. Bu isə o deməkdir ki, baş məşqçi Oğuz Çətin şans verəcəyi halda, Tomiç "İnter”lə matçda meydana çıxa bilər.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR