"Xəzər Lənkəran" daha bir futbolçusu ilə yollarını ayırır

"Xəzər Lənkəran" Elnur Abdullayevin ardından daha bir futbolçusu ilə müqavilə bağlamamaq qərarına gəlib.

Sport7.az saytının xəbərinə görə, bu, xorvatiyalı qapıçı Vyekoslav Tomiçdir. 31 yaşlı qapıçının bu ilin yanvarın 13-də klubla bağladığı 1 illik müqavilə başa çatıb. Gəncləşdirmə siyasətinə üz tutan "Xəzər Lənkəran" heyətdə Orxan Sadıqlı və Cahangir Həsənzadə ilə yola davam edəcək.

Qeyd edək ki, Rəşad Sadiqov, Əfran İsmayılov və Rauf Əliyevlə də müqavilələrin pozulması gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR