“Xəzər Lənkəran” istəmədi, “Mançester Siti” transfer etdi

“Xəzər Lənkəran” istəmədi, “Mançester Siti” transfer etdi


Türk futbolçular Avropanı fəth edir desək, yanılmarıq. Buna Arda Turanın "Barselona” kimi nəhəng kluba keçməsini nümunə göstərmək olar. 

Sport7.az xəbər verir ki, daha bir türk futbolçu İngiltərə nəhənginə üz tutub. Belə ki, Türkiyə millisinin üzvü olan Enes Ünal Premyer Liqanın "Mançester Siti” klubu ilə anlaşıb. Ada təmsilçisi gənc hücumçunu 3,5 milyon avro qarşılığında keçidini rəsmiləşdirib.

Maraq üçün qeyd edək ki, vaxtı ilə Enesin "Xəzər Lənkəran”a keçmə şansı da var idi. 2 il bundan öncə paytaxtımızda keçirilən "Xəzər Kuboku" yarışı zamanı qardaş ölkənin U-17 yığmasının heyətində yer alan Enes cənubluların maraq dairəsində idi. Lakin həmin vaxt komandaya rəhbərlik edən Con Benjamin Toşak onu "Xəzər Lənkəran”da görmək istəmədi. Kimə niyyət, kimə qismət...

Sport7.Az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR