"Xəzər Lənkəran" istirahətə getdi

Dünən "Qəbələ” ilə görüşdə məğlub olan "Xəzər Lənkəran” istirahətə çəkilib.

Sport7.az xəbər verir ki, "ağ-yaşıllar” Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Bakı” ilə öz meydanında keçiriləcək oyunun hazırlıqlarına fevral ayının 23-də başlayacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran” – "Bakı” qarşılaşması, fevralın 28-də Lənkəran şəhər mərkəzi stadionunda oynanılacaq.
 
Sport7.az

Xəbər lenti