"Xəzər Lənkəran" təcili iclas keçirir

Dünən "Xəzər Lənkəran"da baş məşqçi Oğuz Çətinin istefa ərizəsini yazaraq komandadan getdiyi barədə məlumat vermişdik. 

Sport7.az xəbər verir ki, mətbuatda yayılan informasiyaya görə isə, komandada gəncləşdirmə siyasəti yerinə yetirəələcək və legionerlərin çoxu komandadan göndəriləcək. Bu gün klub rəhbərliyi bir araya gələrək bu məsələni müzakirə edəcək. Həmin görüşdə komandanın baş məşqçisi postundan istefa verən Oğuz Çətinin gedişi, yerinə kimin gətirilməsi, eyni zamanda klubun gələcək inkişaf strategiyası müzakirə olunacaq.

İclasdan sonra qəbul edilən qərarları diqqətinizə çatdıracağıq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR