"Xəzər Lənkəran"dan ermənilərə: "Карабах наш"

Həmyerlilərimiz tərəfindən Moskvada yaradılan və paytaxt çempionatının dördüncü divizionunda çıxış edən "Xəzər Lənkəran Moskva" növbəti oyununu "Master A"-ya qarşı keçirib.
 
Sport7.az xəbər verir ki, rəqibin heyətində bir neçə erməni futbolçu çıxış edir. Hətta onlardan biri komandanın kapitanıdı.

Avroliqada "Qarabağ"ın səfərdə "Düdelanj"la keçirdiyi oyununda yaşanan qalmaqaldan sonra "Xəzər Lənkəran Moskva" erməninin kapitan olduğu komanda ilə görüşdə maraqlı addım atıb. Belə ki, futbolçular meydana üzərində "Карабах наш" (Qarabağ bizimdir) yazılmış kağız parçaları ilə çıxıblar.

Sözügedən görüş "Xəzər Lənkəran Moskva”nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR