“Xəzər Lənkəran”ın müdafiə xəttinin dirəyi 3 həftəlik sıradan çıxdı

“Xəzər Lənkəran”ın müdafiə xəttinin dirəyi 3 həftəlik sıradan çıxdı

Milli komandaların toplanışı ilə əlaqədar ölkə çempionatında yaranan fasilə müddətində Bakıda hazırlığına start verən "Xəzər Lənkəran”, noyabrın 5-dən etibarən məşqlərini paytaxtda davam etdirməkdədir. 

Sport7.Az-ın klubun saytına istinadən məluamtına görə, gündə iki dəfə olmaqla, səhərlər fiziki, axşam məşqində isə taktiki planda keçirilən məşqlərdə iki futbolçu - Cahangir Həsənzadə və Ağabala Ramazanov tam iştirak edə bilmir.

Adıçəkilən futbolçular yüngül çalışmalarla  xüsusi planda zədələrini sağaltmağa cəlb olunublar. Son məşqdə Adrian Skarlatake ciddi zədə alıb. Rumıniyalı futbolçu əzələ yırtığı səbəbi ilə üç həftə komandaya kömək edə bilməyəcək.

Bu arada "Xəzər Lənkəran” hazırlıq prosesində AZAL klubu ilə yoxlama oyunu keçirəcək. Yoxlama oyunu noyabrın 12-də saat 16.00 da AZAL Arenada start götürəcək.

Sport.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR