"Xəzər Lənkəran"ın sabiq futbolçusu Moldova klubunu çalışdıracaq

Moldova təmsilçisi "Kodru"nun yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu haqda Lozova klubunun rəsmi saytında məlumat yer alıb. Komanda azərbaycanlı, xüsusən də lənkəranlı azarkeşlərə tanış olan Denis Kalinkova tapşırılıb. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Moldovalı veteran yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Spikul" komandasını çalışdırıb.

Kalinkov futbolçu karyerasında Azərbaycanda "Xəzər Lənkəran"ın formasını geyinib. O, 2009/2010 mövsümündə Cənub təmsilçisində çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR