"Xəzər Lənkəran"ın stadionunun son halı - FOTOLAR

Vaxt vardı "Xəzər Lənkəran"ın meydançası Azərbaycanda ən yaxşılardan idi. Drenaj sistemi, tribunalar və digər hissələri də kifayət qədər yaxşı idi. Axı həm də komanda bu meydançada vacib oyunlar keçirirdi. Çox "Böyük oyunlar"ın şahidi olmuşdu azarkeşlər bu stadionda.
 
Təəssüf ki, AFFA-nın "analoqu" olmayan "fəaliyyəti" nəticəsində bir çox klublarımız kimi "Xəzər Lənkəran" da çempionatı tərk etdi. Demək olar, vacib oyunlarda ciddi hakim səhvləri (bəlkə də qərəzi) və bir çox xoşagəlməz hallar üzündən bezən klub rəhbərliyi nəhayət belə qərar qəbul etdi. Hansı ki, avrokuboklarda, o cümlədən daxili çempionatda daim iddialı yerlər uğrunda mübarizə aparan "Xəzər Lənkəran" ölkə futbolunun əsas simalarından idi. 
 
İndi "Sütəmurdov"dakı Lənkəran şəhər mərkəzi arenası həmin "Böyük oyun"lar, çılğın azarkeşlər, qalmaqallı oyunlar, çempionluqlar üçün çox darıxıb. Elə lənkəranlı futbolsevərlər də eyni hissləri keçirir. 
 
Stadionun və meydançanın son durumuna gəlincə, aşağıdakı şəkillərdən göründüyü kimi bir qədər baxımsızlıq hiss olunur. Hər halda komanda çempionatdan çıxandan sonra çox güman qazona elə-belə, ötəri qulluq edilib. Amma stadionda rəhbər dəyişikliyindən sonra meydançanın yaxşı duruma gətirilməsi gözlənilir.
 
Sport7.az ölkənin tək-tük təbii qazaona malik stadionlardan birindən ən son şəkilləri təqdim edir:
 


 
Sport7.az

Xəbər lenti