"Xəzər Lənkəran"ın yeni baş məşqçisi müəyyənləşdi - SON DƏQİQƏ

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi müəyyənləşib. Spornet.az-ın əldə etdiyi məlumata görə, əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədov olacaq.

Qeyd edək ki, 2 gün əvvəl "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov və idman direktoru Yunis Hüseynov Elbrus Məmmədov və yetirmələri ilə görüşüb. Onlar əvəzedicilərin çempionatının ilk dövrəsində olduğu kimi, II dövrəni də lider kimi tamamlaması münasibəti ilə təbrik edilib. Görünür, gəncləşdirmə siyasəti aparan klub rəhbərliyi uğurlu çıxışa görə ən layiqli namizəd klubu yaxından tanıyan şəxsi gətirməklə adaptasiya problemi yaşamamaq qərarına gəlib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR