XII respublika oyunları çərçivəsində cüdo yarışları keçirilib

XII respublika oyunları çərçivəsində cüdo yarışları keçirilib

Tovuz rayonunda yeniyetmələrin XII respublika oyunları çərçivəsində cüdo yarışları keçirilib.

Sport7.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin rəsmiləri, tanınmış mütəxəssislər çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar. Natiqlər cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 29 klubdan 136 oğlan və 45 qız cüdoçu medallar uğrunda mübarizə aparıb.
 
Yarışın ilk günü qızlarda bütün çəki dərəcələrində (28 kq, 32 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, +63 kq) qaliblər müəyyənləşib. Oğlanların mübarizəsində isə 30, 34 kq, 38 kq, 42 kq, 46, 50, 55, 60, 66, 73 kq və +73 çəki dərəcələrində yarışan cüdoçular arasında qaliblərin adına aydınlıq gəlib.
 
Mükafatçılara medallar və Azərbaycan Cüdo Federasiyası, Gənclər, İdman Nazirliyinin diplomları təqdim olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR