"Ximki" daha bir NBA oyunçusunu heyətinə qatır

Yonas Yerebko NBA-dakı 9 mövsümün ardınca karyerasını Avropada davam etdirəcək.

İnsayder Donatas Urbonasın məlumatına görə, 32 yaşlı basketbolçu "Ximki" ilə müqavilə imzalamaq üzrədi.

2018-19 mövsümündə "Qolden Steyt"in heyətində 73 matçda meydana çıxan Yerebko 6,3 xal, 3,9 ribaund və 1,3 asist ortalamaları ilə yadda qalıb.

Qeyd edək ki, "Ximki" ötən gün karyerasının böyük hissəsini NBA-da keçirən Timofey Mozqovu heyətinə qatdığını açıqlamışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR