Xocalı soyqırımını törədən erməni general öldü

Xocalı soyqırımını törədən erməni general öldü

General-leytenant, Ermənistan Respublika Partiyasından olan keçmiş deputat Manvel Qriqoryan ölüb.

Sport7.az
xəbər verir ki, bu barədə Respublika Partiyasının üzvü Karen Avaqyan özünün sosial şəbəkədəki səhifəsində məlumat verib.

O, "Artsaxın qəhrəmanı” olan Manvel Qriqoryanın 65 yaşında İrəvanda öldüyünü bildirib.

Qeyd edilir ki, M.Qriqoryan ağır xəstə olmasına baxmayaraq, müharibə başladıqdan sonra Dağlıq Qarabağa gedib. Lakin oktyabrın 20-də vəziyyəti kəskin şəkildə pisləşib və həkimlərin tələbi ilə təcili olaraq Ermənistana aparılıb və orada reanimasiyaya yerləşdirilib.

Manvel Qriqoryan Ermənistan parlamentinin keçmiş üzvüdür. 2018-ci ilin iyun ayında ona qarşı cinayət işi açılıb.

O, qanunsuz silah-sursat saxlama, 100 milyon dramdan (200 min dollardan çox) dəyərində əmlakı mənimsəməkdə, vergidən yayınma və dövlət əmlakını talamaqda (1 milyard dramdan çox) günahlandırılıb.

Onun həyat yoldaşı Nazik Əmiryan da ittiham olunub.

M.Qriqoryan həbsə atılmışdı, lakin 2020-ci ilin yanvarında məhkəmə onu sağlamlıq səbəbilə və ölkəni tərk etməmək şərti ilə azadlığa buraxıb. Keçmiş deputat onkologiya və diabet də daxil olmaqla bir sıra ağır xəstəliklərdən əziyyət çəkirdi.

O, birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirlərə olmazın işgəncələr verməklə məşhurlaşıb. Xocalı qətliamını törədənlərdindi. Ləqəbi "Tuşonka Manvel” idi.

2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində M.Qriqoryana məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika ilə yanaşı cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb. "Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub. (Teleqraf.com)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR