Xokkeydə debüt edən Petr Çex:

Xokkeydə debüt edən Petr Çex: "Bu gün xəyalım reallaşdı"

"Çelsi" və "Arsenal"ın sabiq qolkiperi Petr Çex buzüstü xokkeydə debüt edib.

O, "Suindon Vayld Kets"lə oyunda "Qildford Feniks"in qapısını qoruyub. Matçdan sonra Çex fikilərini bölüşüb:

"Həmişə xokkeylə məşğul olmaq, bir oyunda olsa belə, meydana çıxmaq istəmişəm. Bu, mənim uşaqlıqdan bəri xəyalım idi. Bu gün xəyalım reallaşdı. Əla hisslərdi.

Məncə, bu, gənc oyunçular üçün ilham mənbəyi ola bilər. Xəyallarınızın ardınca gedin, sonda sizi yaxşı şeylər gözləyir. Futbolda da eynisi olmuşdu və xəyallarım gerçək olmuşdu".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR