Xoruz "Barselona"nın sabiq futbolçusunun başına bəla oldu

Xoruz
Bir dönəm "Barselona"da forma geyən Fabio Rojembak şok həbslə gündəmə gəlib.

Sport7.az xəbər verir ki, sabiq mərkəz futbolçusu Braziliyada xoruz döyüşünə qatıldığı üçün həbs olunub. 

"Qlobesport"a görə Rojembak "çevrə cinayəti" səbəbindən tutulub. Polis basqını zamanı futbolçunun ov tüfəyi ilə yanaşı 26 min avro dəyərində 89 döyüş xoruzu da müsadirə edilib. 

Əslində bu futbolçu üçün ilk deyil. 2011-ci ildə polis Rojembakın sahibi olduğu binada xeyli sayda döyüş çubuğu aşkarlamışdı.

Sport7.az

Xəbər lenti