Xorvat klubu Çempionlar Liqasından çəkildi

Xorvat klubu Çempionlar Liqasından çəkildi

Voleybol üzrə Çempionlar Liqasında kişilərin yarışında çıxış etməli olan Xorvatiyanın "Mladost” komandası artıq mübarizəni dayandırıb.

Sport7.az xəbər verir ki, buna həmin klubun heyətində koronavirusa yoluxan oyunçunun aşkarlanması səbəb olub. Belə ki, "A” qrupunda I dövrənin oyunlarını qəbul etməli olan Zaqreb təmsilçisi yarışa qatılmayacaq. Xorvatiyalıların "Erzeni” (Albaniya) və "Kapoşvar”la (Macarıstan) hər iki dövrədəki görüşləri ləğv olunub. Nəticədə "A” qrupunda qalib elə bu iki komanda arasında görüşlərdə müəyyənləşəcək.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizovanın çıxış etdiyi Belarusun "Minçanka” klubu da eyni səbəbdən Çempionlar Liqasında mübarizəni dayandırıb. "Mladost”dan fərqli olaraq, "Minçanka” mübarizəni CEV kuboku yarışlarında davam etdirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR