Xorvatiyanın futbolçusu: "Çempion olacağıq"

Xorvatiyanın futbolçusu:
DÇ-2018-in yarımfinalında Xorvatiya İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala adlayıb. 

Sport7.az xəbər verir ki, matçdan sonra xorvatların müdafiəçisi Domaqoy Vida oyun haqda fikirlərini səsləndirib. 

"Bizim üçün daha bir ağır oyun oldu. İngiltərəni məğlub etdiyimiz üçün şadam. Xorvatiyada hər kəs eyforiyadadır. Bu qələbə azarkeşlərimiz və ölkəmiz üçündür. 3-cü dəfə əlavə vaxtlara getdi oyunumuz və bu ağır oldu. Ancaq bu haqda yox, Xorvatiya xalqı haqda düşünürük. Bütün gücümüzü bazar günü ortaya qoyacağıq və çempion olacağıq", deyə "Rossiya 24"ə açıqlamasında bildirib.

Qeyd edək ki, Vida Ukrayna haqda səsləndirdiyi şüar üçün də Rusiya xalqında yalnış anlaşılamamq naminə üzr istəyib. 
 
Sport7.az

Xəbər lenti