Xorvatlar millimizi qiymətləndirdi: Ən yaxşı kim oldu?

Xorvatlar millimizi qiymətləndirdi: Ən yaxşı kim oldu?

Xorvatiya mətbuatmı milli komandalarının dünən Azərbaycanla keçirdiyi "AVRO-2020"nin seçmə mərhələ matçında oynayan futbolçuların çıxışını dəyərləndirib.

Sport7.az xəbər verir ki, həmkarlarımız milli komandamızdan ən yüksək qiyməti qapıçı Emil Balayevə verib - 8. Bərabərlik qoluna imza atan Təmkin Xəlilzadənin qiyməti 7 olub. Ramil Şeydayevin oyunu isə 6.5 balla qiymətləndirilib.

Xorvatiyanın heyətində isə ən yüksək balı 3 futbolçu - Dominik Livakoviç, Luka Modriç və Nikola Vlaşiç alıb. Onların oyunu 6.5 balla dəyərləndirilib.

Azərbaycan: Emil Balayev - 8, Pavel Paşayev - 5 (Təmkin Xəlilzadə - 7), Maksim Medvedev - 6, Bəhlul Mustafazadə - 6, Anton Krivotsyuk - 5,5, Qara Qarayev - 6, Cavid Hüseynov - 6 (Emin Mahmudov - 6), Mahir Emreli - 6, Dmitri Nazarov - 6 (Rəşad Eyubov -), Şəhriyar Rəhimov - 6, Ramil Şeydayev - 6,5

Xorvatiya: Dominik Livakoviç - 6,5, Karlo Bartoleç - 5,5 (Yosip Brekalo -), Deyan Lovren - 5,5, Domaqoy Vida - 6, Borna Barişiç - 6, Luka Modriç - 6,5, Marselo Brozoviç - 5,5, Ante Rebiç - 5,5 (Mislav Orşiç -), Nikola Vlaşiç - 6,5, İvan Perişiç - 6, Bruno Petkoviç - 6

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR