"Xoşbəxtəm və Allaha şükür edirəm..." - Emil Balayev

Qazaxıstanın "Tobol" komandasında çıxış edən Emil Balayev haqqında klubun rəsmi "Facebook" səhifəsi maraqlı paylaşım edib. 

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçunun doğum günü ilə əlaqədar olaraq haqqında ən maraqlı məqamlar qeyd olunub.

Emilin inanclı və işgüzar biri olduğu bildirilib. 

Uşaqlığı haqqında
Uşaqlarla gec saatlara kimi oynayardıq. Bilə-bilə ki, evdə məni cəza gözləyir, yenə də tez getmirdim. Məndə futbol sevgisini görən babam seksiyaya yazdırdı. O, özü də futbolu çox sevirdi və "Neftçi" azarkeşi idi. 

Pul haqqında
Pul həlledici məqam deyil. Karyeramda elə vaxtlar olub ki, mən yüksək məbləğdən imtina etmişəm. Bunu öz inkişafım və daha da irəlləyişim üçün etmişəm. 

Qazaxıstanda ilk oyunu haqqında 
Oyundan əvvəl istəyirdim ki, meydanı qol buraxmadan tərk edim. Çünki Qazaxıstan çempionatında debütüm idi. Final fitindən sonra çox şad idim. Çünki nəticə istədiyim kimi olmuşdu. 

Uğur talismanı haqqında
Talısmanım yoxdu. Ancaq həmişə Allahdan kömək diləyirəm. Çünki nail olduğu hər şeyi onun köməyi sayəsində qazanmışam. 

Həyat qanunu haqqında
Məhəmməd Peyğəmbər deyib ki, insanlara özünüzə arzu etdiyinizi edin. Heç kimə özünüzə arzu etmədiyinizi etməyin. Bu qaydaya uyğun addım atmağa çalışıram. 

Karyerası haqqında
Xoşbəxtəm və Allaha şükür edirəm ki, nail olduğum uğurlarda mənə kömək etdi. Daha çox uğur qazanmağa çalışacam. Və illər sonra geriyə baxanda nələrdən keçdiyimi düşünüb xoş xatirələr kimi xatırlamaq istərəm. 
 
Röya
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR