Xoxlov Ramil Şeydayevdən danışdı:

Xoxlov Ramil Şeydayevdən danışdı: "Hücumçu qol vurmalıdı"

"Dinamo"nun baş məşqçisi Dmitri Xoxlov  "Lokomotiv"lə oyundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis Moskva klubunda forma geyən yığmamızın hücumçusu Ramil Şeydayevin də çıxışını dəyərləndirib. O Şeydayevdən narazılıq etməyib və çıxışının qənbaətbəxş olduğunu bildirib. Xoxlov jurnalistlərə açıqlamasında, "Ramil meydanda tələb olunan işi yerinə yetirir. Bəli, onda hələ hər şey alınmır, hücumçu qol vurmalıdır. Ancaq düşünürəm ki, bu da keçəcək".

Matç "Lokomotiv"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev bu matçda fərqlənə bilməyib. Ümumimlikdə isə 23 yaşlı hücumçu bu mövsüm Rusiya Premyer Liqasında 5 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR