Xudiyevlə Hacıyevə UEFA-dan təyinat

Xudiyevlə Hacıyevə UEFA-dan təyinat

Azərbaycan təmsilçiləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına təyinat alıblar.
 
Sport7.az xəbər verir ki, AFFA-nın iki rəsmisi bu qarşılaşmalarda iş başında olacaq.

Bunlar Asim Xudiyev və Sərxan Hacıyevdi. Xudiyev iyulun 25-də baş tutacaq "Lokomotiv” (Plovdiv, Bolqarıstan) – "Spartak” (Trnava, Slovakiya) görüşündə hakim-inspektor olacaq.

Hacıyev isə Macarıstanda yerli "Fehervar”la Lixtenşteyn təmsilçisi "Vaduts”un görüşünə təyinat alıb. O, oyunun UEFA nümayəndəsi vəzifəsini icra edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR