Xüsusi olimpiyaçılar üçün üzgüçülük yarışları keçirildi

Xüsusi olimpiyaçılar üçün üzgüçülük yarışları keçirildi

Sentyabrın 20-də Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə xüsusi olimpiyaçılar arasında üzgüçülük üzrə yarış keçirilib.

Sport7.az xəbər verir ki, yarış Bakı Su İdman Sarayında baş tutub. Turnirdə xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandalar iştirak ediblər.

Yarışda yekun nəticələrə görə fərqlənən idmançılara mükafatlar təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR