"Xüsusilə ilk hissə nəzarətimizdə idi" - Visente Qomes

"Sumqayıt"la oyundan sonra "Sabah"ın baş məşqçisi Visente Qomes fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, ispan mütəxəssis səfərdə 2:1 hesablı qələbə qazandıqları matç haqda bunları söyləyib: "Futbolçularımı təbrik edirəm, bu gün əllərindən gələni etdilər. Oyun, xüsusilə ilk hissə bizim nəzarətimizdə idi. Kifayət qədər qol imkanları yaratsaq da, bunlardan istifadə edə bilmədik. Rəqib isə sadə epizodda qol imkanı yaratdı və hesabı bərabərləşdirdi. Bundan sonra komandada bir qədər gərginlik, həyəcan yaşansa da, qol vuraraq matçdan qələbə ilə ayrılmağı bacardıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR