Yadullayev:

Yadullayev: "Həm nəticə, həm komandanın oyunu çox acınacaqlıdı"

Azərbaycanlı mütəxəssis, veteran futbolçu İlham Yadullayev yığmamızın bərbad çıxışına münasibət bildirib.

Millimizin sabiq futbolçusu Sport7.az-a açıqlamasında bunları söyləyib: "Çox acınacaqlıdı. Nə deyə bilərəm ki? Təəssüf ki, iki oyuna 8 top buraxdıq. Açığı belə nəticə gözləmirdim. Xüsusən də sonuncu oyunda bu nəticənin ola biləcəyinə inanmırdım. Baxmayın, doğma meydan olanda uşaqlar hər zaman ürəklərini qoyurlar. Düzdü, demək olmaz, istəmirdilər. Həm nəticə, həm komandanın oyunu çox acınacaqlıdı. Uduzanda bu bütün komandaya şamil olunur. Kimi fərqləndirmək olar ki? İkinci oyunda bir az fərqlənən Ramil Şeydayev idi. Hücumda, arxada, nəsə etməyə çalışırdı. Ən azından meydançada döyüşürdü, istək vardı. Bu futboldu, nə baş verəcəyini bilmək olmaz. İlk görüşdə pis oynamadılar, sadəcə qol buraxdıq və nəticə belə oldu. İkinci oyuna da pis başlamamışdılar. Sadəcə, qoldan sonra komanda ruhu yox oldu. Belədə ardıcıl qollar gəldi və nəticə bu cür alındı".

İlham bəy, "Bu komanda ilə növbəti oyunlarda nəyəsə ümid etmək olarmı?" sualına belə cavab verdi: "İnandırım sizi, qrupumuz çox ağırdı. Bütün rəqiblərimiz demək olar eyni səviyyədədi. Xorvatiyadan tutmuş, Uelsə qədər. Güclü komandalardı. Bizim də problemlərimiz belə komandalar olub. Nə superdilər, nə də aşağı səviyyəlidilər. Ortabab, yaxşı, döyüşkəndilər. Belələri ilə oynamaq həmişə ağır olub. Almaniyaya, İtaliyaya qarşı da oynamışıq və bu matçlarda, hardasa, nəsə alınıb. Ancaq bu rəqiblərlə çətindi. Çempionat başlamamışdan öncə inanırdıq ki, pis nəticə göstərməzlər. indi isə nəsə fikirləşmək... Səhv etmirəmsə növbəti dəfə Uelslə qarşılaşacağıq. Onlar da məğlubiyyətlər alıb, ona görə də qələbə qazanıb, liderlərə yaxınlaşmaq istəyirlər".

Yadullayevin fikrincə Yurçeviç nəyisə dəyişə bilib?: "Dəyişən heç nə görmədik. Oyun taktikası, filan, demək olar ki, əvvəlki kimidi. Məncə taktiki baxımdan düzgün oynatsaydı komandamızı, nəsə etmək olardı".

Biabırçı məğlubiyyətlərə görə azərbaycanlı futbolsevərlər AFFA rəhbərliyini söyür və istefasını tələb edir. Bəs bu çıxış yolu ola bilərmi?: "Yadıma gəlir, o vaxt biz oynayanda da məğlubiyyətdən sonra azarkeşlər hamısı "istefa" qışqırırdı. Bu hər zaman olub. Sadəcə, nəyisə düzəltmək, dəyişmək lazım olacaq. Düzdü, hazırda Azərbaycan futbolu inkişafdadı, ancaq yığma səviyyəsində irəliləyiş azdı. Keçən tsikldə, daha doğrusu Prosineçkinin vaxtında 10 xal yığmışdıq. O vaxt deyirdik ki, "yığmanın səviyyəsi yüksəlib". indi baxırsan ki, hər şey yaxşıdı, çempionat gedir, "Qarabağ" avrokuboklarda nəticə verir, klublarımızda müəyyən qədər irəliləyiş var. Yalnız yığmada irəliləyiş ağır gedir".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR