"Qarabağ"ın sabiq müdafiəçisi hazırda "Visla"da çıxış edən Yakub Jezniçak Bakıya gəlib.
Sport7.az xəbər verir ki, Premyer-liqanın 7-ci turu çərçivəsində baş tutan "Qarabağ" - "Sabah" matçını Tofiq Bəhramov adına Respublika stadionundan canlı izləyən polşalı müdafiəçi oyundan sonra sabiq komanda yoldaşları ilə görüşüb.
Jezniçak "Qarabağ"ın futbolçuları ilə Respublika stadionunda şəkil də çəkdirməyi unutmayıb.
2017-ci ildə Ağdam klubuna transfer olan Kuba bu komandada 25 rəsmi matçda meydana çıxıb, 1 qola imza atıb.
Sport7.az