Yandırdığı fişəng başına bəla oldu

Yandırdığı fişəng başına bəla oldu
İsveçrədə məhkəmə futbol matçı sırasında istifadə etdiyi petardın digər azarkeşdə eşitmə probleminə səbəb olduğu üçün bir futbolsevərə həbs cəzası verib. 

Sport7.az xəbər verir ki, "St. Qallen" tərəfdarı olan amma adı açıqlamayan tərəfdara 3 il həbs cəzası verilib. 24 yaşlı azarkeş bunun ən azı 18 ayında həbsdə yatacaq. Üstəlik 9700 İsveçrə frankı ödəyəcək. Bundan əlavə məhkəmə xərclərinə 15 min, fiziki zərərə yetirdiyi azarkeşə isə təminat olaraq 12 min frank ödəməli olacaq. Ümumilikdə isə 36700 frank (təxminən 33 min avro) ziyana düşəcək. 

"St.Qallen"in "Luserne" ilə matçında fişəng yandıran azarkeş bütün bunlarla yanaşı 10 il boyunca stadionlara ayaq basa bilməyəcək.

Sport7.az

Xəbər lenti