Yanko Tipsareviç Deyvis Kubokundan sonra karyerasını bitirəcək

Yanko Tipsareviç Deyvis Kubokundan sonra karyerasını bitirəcək

ATP reytinqinin sabiq 8 nömrəsi Yanko Tipsareviç karyerasını bitirəcəyini açıqlayıb.

Serb raketka ustası noyabrda Deyvis Kubokunda iştirak etdikdən sonra tennislə vidalaşacaq:

"Bir-birindən gözəl 16 il geridə qaldı. Həyatımın bu mərhələsində məni nələrin xoşbəxt etdiyi ilə bağlı araşdırma apardıqdan sonra professional tennis karyeramı bitirmək qərarına gəldim. Göz yaşlarınıza səbəb olacaq hekayə yazmaq niyyətində deyiləm, çünki tennis hələ də mənim bir parçamdı. "US Open" və bir neçə ATP turnirinə qatılacam. Madriddəki Deyvis Kuboku isə mənim üçün sonuncu olacaq. Qarşıdakı illərdə diqqətimi ailəmə, tennis akademiyamızın inkişafına, françayzinq xidmətinin yaradılmasına və ara-sıra beynəlxalq məşqçilik fəaliyyətinə yönəldəcəm. Daimi dəstəyinizə görə təşəkkür edirəm. Yanko".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR