"Yanq Boyz" başsız qaldı: Uli Forte istefa verdi!

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”ın rəqibi olan "Yanq Boyz"da gözlənilməz hadisə baş verib. Sport7.az xəbər verir ki, klubun baş məşqçisi Uli Forte istefa verib.

Bu barədə İsveçrə mətbuatı məlumat yayıb. Fortenin istefa verməsinə komandanın uğursuz çıxışı səbəb göstərilir. Məlumatı klub rəsmisi Fredi Bikel də təsdiqləyib. O, "Qarabağ"la oyuna yeni baş məşqçi ilə hazırlaşacaqlarını bildirib.

Qeyd edək ki, komanda hələlik köməkçi məşqçi Harald Qamperleyə həvalə olunub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR