Yapon futbolçu karyerasını

Yapon futbolçu karyerasını "Liverpul"da davam etdirəcək

"Zalsburq"un hücumçusu Takumi Minamino yanvarda "Liverpul"a keçəcək.

"The Athletic"in jurnalisti Ceyms Pirsin xəbərinə görə, forvard yanvar ayının ilk günlərində tibbi müayinədən keçdikdən sonra "Liverpul"la müqavilə imzalayacaq. Mersisayd təmsilçisi Minaminonun 7,25 milyon funt dəyərində olan satınalma opsiyasından yararlanacaq.

Mönhenqladbah "Borussiya"sı, "Milan" və "Mançester Yunayted" də 24 yaşlı oyunçunun xidmətində maraqlı idilər.

Cari mövsümdə Avstriya Bundesliqasında 14 matçda meydana çıxan Minaminonun aktivində 5 qol, 5 məhsuldar ötürmə var. Çempionlar Liqasında isə o, 2 qol, 3 assistlə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR