Yaponiya 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini seçib

Yaponiya 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini seçib
Yaponiya 2020-ci il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini seçib. Səsvermənin yekunu canlı efirdə açıqlanıb.

Sport7.az xəbər verir ki, qəribə məxluqlara ad yayda veriləcək. Olimpiadanın rəmzi Tokio Oyunlarının emblemindəki naxışı xatırladan göy-ağ dama-dama geyimində məxluqdur. Onun xarakterində qədimliyi və müasirliyi birləşdirmək, qədimə hörmət etmək və təkrarlamaq, yeniyə can atmaq kimi ştrixlər güclüdür.

Paralimpiya Oyunlarının rəmzi ağ-çəhrayı dama-dama məxluqdur. Onun başında sakura ləçəkləri var. Dizaynerin fikrincə, məxluq məhz "sakuradan olan bu anten” vasitəsilə fövqəltəbii xüsusiyyətə malikdir.

Sport7.az

Xəbər lenti