Yaponiya çempionatı ilə bağlı qərar: 20 komandalı olacaq

Yaponiya çempionatı ilə bağlı qərar: 20 komandalı olacaq

Yaponiya futbolunda bu mövsüm komandaların aşağı dəstəyə düşməməsi ilə bağlı razılıq əldə olunub.
 
Sport7.az xəbər verir ki, Yaponiya liqasının təşkilatçıları bu mövsüm heç bir komandanın aşağı dəstəyə düşməyəcəyini açıqlayıb. 23 fevraldan bəri ölkədə yayılan koronavirusla bağlı oyunlar qeyri-müəyyən müddətə qədər təxirə salınmışdı. 
 
Təşkilatçılar hələ 1-ci turu oynanılmış çempionatda komandaların elitaya çıxması ilə bağlı da qərar verib. Belə ki, 2 və 3-cü liqalar 75 faiz tamamlanacağı halda ilk iki yeri tutan komandalar yüklsək liqaya vəsiqə qazanacaq. 18 komandalı Yaponiya çempionatında gələn mövsümdən 20 iştirakçı yer alacaq. Növbəti mövsümdə isə 4 komanda aşağı dəstəyə düşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR