Yaponiyada koronavirusa yoluxan ilk futbolçu

Yaponiyada koronavirusa yoluxan ilk futbolçu

Yaponiyanın yüksək liqasında ilk koronavirusa yoluxma halı aşkarlanıb.
 
Sport7.az xəbər verir ki, "Vitsel Kobe"də forma geyən Qotoku Sakay yeni tip "COVİD-19"a yaxalanıb. Bu haqda klubdan rəsmi məlumat verilib. Yüksək qızdırma və qoxu hissinin itirməsi şikayəti ilə xəstəxanaya müraciət edən 29 yaşlı futbolçunun koronavirus testi müsbət çıxıb. 
 
"Barselona"nın sabiq futbolçusu Andres İnyestanın da forma geydiyi klubda başqa heç bir3futbolçunun bu infeksiyaya yoluxmadığı bildirilib. 
 
Sakay açıqlamasında üzr istəyərək "İnsanların çox olduğu yerlərdən qaçdım, əllərimi tez-tez yudum. Ümidvaram ki, bu virusu başqalarına keçirməmişəm" ifadələrini işlədib. 
 
Sakay Yaponiyanın əsas liqasında koronavirusa yoluxan ilk futbolçu olub. 
 
Yaponiya çempionatı koronavirus səbəbindən dayandırılıb və komandaların aşağı dəstələrə yuvarlanma qaydası ləğv edilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR